KepezTV Player
Oğuzda arı bir insanın həyatına son qoyub. 67 yaşlı Şamil Əmrahov arı sancmasından dünyasını dəyişib. Mərkəzi Bazarda qeydə alınan hadisə zamanı Şamil Əmrahov arıları toplandıqları yerdən qovmağa çalışıb. Bu zaman həşəratların hücumuna məruz qalan rayon sakini bir müddət sonra yol kənarında yıxılmış vəziyyətdə tapılıb. Hadisə yerinə dərhal Təcili Tibbi yardım briqadası çağırılıb. Xəstəxanaya çatdırılan Şamil Əmrahovun həyatını xilas etmək mümkün olmayıb.
- Baxış: 514