• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1745
— 31.05.2017 00:02

Yollar yenə də qan gölünə döndü

KepezTV Player

Paytaxtın Səbail rayonu Bibiheybət yolunda "Porsche Cayenne" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən Emil Zeynallının idarə etdiyi "Fiat Doblo" markalı post patrul avtomobilinə çırpılıb. 25 yaşlı sürücü zərbənin gücündən maşının şüşəsindən çıxaraq yolun hərəkət hissəsinə düşüb və hadisə yerindəcə keçinib. Daha iki yaralı  xəstəxanaya aparılıb. Yasamal rayonu ərazisində isə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Azərbaycan prospektində “Porsche” markalı avtomobil yolu keçmək istəyən 58 yaşlı Əli Ələkbərovu vurub. Ağır xəsarətlər alan piyada təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Tibbi yardımdan sonra palataya yerləşdirilib. Hadisəni törədən sürücü saxlanılaraq ifadəsi alınıb.Şəkinin Aydın Məmmədov və Ziya Bünyadov küçələrinin kəsişməsində də yol qəzası meydana gəlib. “VAZ 2107” gözləmədən eyni markalı digər minik maşınının yoluna çıxıb. Qəza nəticəsində 21 yaşlı Nicat Yusifov xəsarət alıb. O, Şəki MRX-na çatırılıb.Faktlarla bağlı araşdırmalar davam etdirilir.