Bu günə qədər Formula 1 üzrə Azərbaycan Qran Prisi üçün 57 fərqli ölkədən bilet alınıb. Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommersiya direktoru Bülent Özerdim deyib. O bildirib ki, bilet alan ölkələr sırasında ilk sıralarda Rusiya, İngiltərə, Ukrayna, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb. Bu il 30 min tamaşaçı gözlədiklərini söyləyən türkiyəli funksioner tamaşaçıların 56 faizinin əcnəbilərdən ibarət olacağını vurğulayıb. O, bilet satışının sürətlə getdiyini də söyləyib.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 23 - 25 iyunda Bakının mərkəzi küçələrində keçiriləcək.
Orxan Cəfərzadə
- Baxış: 270