• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1734
— 30.05.2017 13:42

Bu gün Bakıda qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsinin oyunları start götürəcək

İdman Sarayında keçiriləcək təsnifat oyunlarında millimizlə yanaşı, daha 5 komanda mübarizə aparacaq. Bunlar – Danimarka, Hollandiya, Norveç, İsrail və Ukaynadır. Millimiz mübarizəyə Norveçə qarşı oyunla başlayacaq. Qrupda birinci yeri tutacaq kollektiv dünya çempionatının final məırhələsinə birbaşa vəsiqə qazanacaq. İkinci olacaq komanda isə pley-off matçlarında çıxış etmək şansı əldə edəcək. Qeyd edək ki, bir müddət öncə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının qalibi olan millimiz bu yarışdan sonra məşqlərə ara verməyərək seçmə mərhələnin oyunlarına hazırlaşıb.

 

Dünya çempionatının seçmə mərhələsi

E qrupu

 

I tur

15:00. Danimarka – Hollandiya

 

17:30. Azərbaycan - Norveç

20:00. İsrail - Ukrayna

Azad Rəfi