• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1184
— 30.05.2017 17:24

Peşəkar boksçu Ramal Amanov rinqdə növbəti uğurunu qazanıb

KepezTV Player

Gəncə boks məktəbinin yetirməsi Rusiyada keçirdiyi döyüşü qələbə ilə başa vurub.Moskvada reallaşan boks gecəsində Amanovun rəqibi Vitaliy Çarkin olub.

66,5 kq-da ukraynalı idmançıya qarşı görüş Ramal üçün çətin alınmayıb. Duel 8 raunddan ibarət olsa da, qəqibi vaxtından əvvəl təslim olmağa məcbur edən boksçumuz karyerasında 10-cu döyüşdə elə 10-cu qələbəsini qazanıb. Vitaliy Çarkinlə döyüş kəmər yox, reytinq xarakterli olub.

Son döyüşünü 2015-ci ilin avqustunda keçirən Ramal bu görüşə kimi 1 il 9 ay rinqə çıxmayıb. Boksçu bu müddətdə yalnız məşq etməklə kifayətlənib. 

Amanov WBA versiyaları üzrə Fedelatin və İnterneyşnl çempion kəmərlərinin sahibidir. 33 yaşlı dəri əlcək 2013-cü ildən peşəkarlar arasında vuruşur.

Azad Rəfi