• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1047
— 30.05.2017 17:22

Samuxda kənd Musiqi Məktəbinin fəaliyyəti diqqət mərkəzindədir

KepezTV Player

Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbi bir illik fəaliyyətinin hesabatını verib. Şagirdlərin iştirak etdiyi müsabiqələr və əldə edilən nailiyyətlərdən danışılıb, onların laureatlar sırasında yer aldığına diqqət çəkilib. Musiqi Məktəbin yetirmələrinin ali təhsil alaraq sevdikləri sənəti davam etdirdiklərinə diqqət çəkilib. Tədbirdə paytaxtda və bölgələrdə keçirilən müsabiqələrin qaliblərinə diplom və hədiyyələr təqdim olunub. Sonda Musiqi Məktəbinin şagirdləri geniş konsert proqramı ilə çıxış ediblər. Yerli və xarici bəstəkarların nota aldığı musiqilərin ifası xoş analar yaşadıb.

Səadət Məmmədbəyova -Sərkar kənd Uşaq Musiqi Məktəbinin direktoru: “Bu ildə bizim xor kollektivimiz respublika müsabiqəsində iştirak edib. Fəxri fərmana layiq görüldük. Saz- muğam şöbəsinin şagirdi Etibar Cavadov respublika üzrə keçirilən muğam müsabiqəsində 3-cü yerə layiq görülüb. Kamança üzrə şagirdimiz fəxri fərmanla mükafatlandırılıb. Yəni hər il bizim bu uğurlarımız davam edir. Mən bundan sonrada arzu edirəm ki uğurlarımız daha çox olsun”.

Natiq Hüseyn