KepezTV Player
Təşkilatçı Yeni Azərbaycan Partiyasının Yevlax rayon Təşkilatının Qadınlar Şurası tərəfindən balacalar üçün bayram süfrəsi açılıb. Müxtəlif musiqilər səslənib. Uşaqlar da öz bacarıqlarını nümayiş etdirib, rəqslərlə çıxış ediblər. Gəncə Uşaq evində 3-18 yaş arası 61 uşaq yaşayır.
Əminə Yusifqızı- YAP Yevlax rayon Təşkilatı Qadınlar Şurasının sədri: ”Bu uşaqların buna ehtiyacı yoxdur. Onların yalnız mənəvi istiliyə ehtiyacı var. Biz də gəlmişik ki, o istiliyi onlara göstərək. Onlarla birlikdə bu bayramı qeyd edək. Oynayaq gülək, oxuyaq. Əvvəllər olmamışıq. İndi belə qərara almışıq ki, hansı rayonda belə uşaq evləri varsa biz ora təşrif buyuracıq”.
Jalə Qurbanova
- Baxış: 686