• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1125
— 30.05.2017 17:21

Gəncədə xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə tamaşalar və səhnəciklər nümayiş etdirilib

KepezTV Player

Gəncədə xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə Kukla Teatrında 1 iyul Uşaqların Beynəlxaq Müdafiəsi Gününə həsr olunan musiqili tamaşalar və səhnəciklər nümayiş etdirilib. Azərbaycana Birgə Yardım Təşkilatının və Gəncə şəhər icra hakimiyyətinin təşəbbüsü ilə reallaşan tədbirin əsas məqsədi, xüsusi qayğıya ehtiyacı olan uşaqların diqqətdən kənarda qalmaması və onların cəmiyyətə inteqrasiyasına təkan verməkdir. Sağlamlıq imkanları məhdud uşaqların ifasında səhnələşdirilən kiçik tamaşalar və musiqili kompozisiyalar əsasən vətənpərvərlik mövzularında olub. Valideynlərdə, belə tədbirlərin, onların övladlarının əqli və fiziki inkişafında böyük rol oynadığını qeyd ediblər.

Rəzalə Abbasova- Azərbaycana Birgə Yardım Təşkilatının koordinatoru: “Bu cür uşaqları cəmiyyətdən təcrid etmək lazım deyil. Əksinə onların birbaşa cəmiyyətə inteqrasiyasını təmin etmək lazımdır. Belə tədbirlər onlarda özlərinə inam yaradır və onlar cəmiyyət üçün layiqli bir insan olduqlarını bilirlər”.

Mətanət Məmmədova- valideyn: “Dahi yazıçı Maksim Qorki demişdir ki, uşaqlar yer üzünün canlı çiçəkləridir. Bu canlı çiçəklər kimsə tərəfindən seviləndə, əzizlənəndə, bəslənəndə daha gözəl, daha sevimli olur. Qarşıdan gələn 1 iyun Uşaqların Beynəlxaq Müdafiəsi Günü ilə bütün uşaqları təbrik edirəm. Arzu edirəm ki, nəinki xüsusi qayğıya ehtiyacı olan uşaqların, hətta digər uşaqların üzündən də sevinc əskik olmasın”.
İştirakçı: “Bu gün biz səhnədə çıxışlar elədik, səhnəciklər göstərdik. Bütün uşaqların bayramını təbrik edirəm”.

Elton Cabbarlı