• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1258
— 30.05.2017 13:47

Sərnişindaşımada təhlükəsizlik qaydalarını pozanlar cərimələndilər

KepezTV Player

Astara rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları sərnişindaşıma sahəsində təhlükəsizliyi təmin etmək məqsəd ilə reyd keçiriblər. Reyd zamanı 100-ə yaxın avtomobil saxlanılıb.Reyd rayonun Heydər Əliyev prospektində və Ələt-Astara magistralının 244 km-də aparılıb. İki saat ərzində baş tutan yoxlamalar zamanı artıq sərnişin götürən və qanunvericilikdə müəyyən edilmiş qaydada texniki baxışdan keçməyən sürücülər aşkarlanaraq barələrində tədbir görülüb.Reyd zamanı polis əməkdaşlarına tabesizlik göstərən sürücülər də olub.

Reyddə istismara yararsız, əlavə avadanlıqlar quraşdırmış, sərnişindaşıma ilə məşğul olmaq üçün fərqlənmə nişanı olmayan nəqliyyat vasitələri də saxlanılaraq cərimələniblər.

Qeyd edək ki, 30 sürücüdən 4-ü tabesizlik göstərdiyinə görə, 15-i sərnişindaşıma qaydalarını kobud şəkildə pozduğuna görə, 11-isə digər digər qayda pozuntularına görə barələrində protokol tərtib edilərək, inzibati məsuliyyətə cəlb olunub.

Zülfiyyə Telmanqızı