• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1739
— 30.05.2017 13:46

Dibçəkdə gül əvəzinə çətənə əkən keçmiş məhkum saxlanıldı

KepezTV Player

Özləri istifadə etdikləri azmış kimi, başqalarının da həyatını zəhərləmək istəyirdilər. Amma polisin sayıqlığı onların bu bəd niyyətlərinin qarşısını vaxtında aldı.

Paytaxtda və Ağdamda narkotik tərkibli bitkiləri əkib-becərən şəxslər saxlanılıblar.

Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pirşağı qəsəbə sakini Rəhman Şahverdiyev saxlanılıb. Onun üzərindən 9,67 qram, idarə etdiyi “ZİL” markalı avtomobilə baxış zamanı maşından 4 kiloqram 75 qram, yaşadığı evdən isə əlavə olaraq 7,94 qram marixuana aşkar edilərək götürülüb.

Sabunçu RPİ 15-ci PB-nin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat-axtarış tədbiri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Pirşağı qəsəbə sakini Gəray Rəmiyar saxlanılıb. Ona məxsus həyətyanı sahəyə baxış zamanı oradan 12,544 qram marixuana, habelə kultivasiya yolu ilə yetişdirilən 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində çətənə toxumlarını bir neçə ay əvvəl evinin həyətində əkdiyini və onlara xüsusi şəkildə qulluq göstərərək yetişdirdiyini boynuna alıb.

Narkotiklərin yayılmasının qarşısının alınması istiqamətində daha bir uğurlu əməliyyatı Ağdam polisi keçirib. Çəmənli kənd sakini 48 yaşlı Qəzənfər Məmmədovun yaşadığı evin həyətinə baxış keçirilib. Üç ədədi dibçəkdə, iki ədədi isə torpaqda əkilmiş vəziyyətdə olmaqla, ümumi yaş kütləsi 198 qram təşkil edən, aqrotexniki qaydada qulluq olunmuş çətənə bitkisi aşkar edilib və polis əməkdaşları tərəfindən götürülüb. Qəzənfər Məmmədov əvvəllər də məhkumluq həyatı yaşayıb. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanıb, araşdırmalar davam etdirilir.
 

Zülfiyyə Telmanqızı