• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2329
— 30.05.2017 13:44

Paytaxtda qonşular arasında dava düşdü

KepezTV Player

Bakının Qaradağ rayonunda qonşular arasında dava baş verib. Ələt qəsəbəsində 16 yaşlı Aqşin Mirzəyevin qonşusu ilə mübahisəsi sonda əlbəyaxa davaya çevrilib. Nəticədə qonşusu taxta parçası ilə Aqşin Mirzəyevi döyüb. Xəsarətlər alan yeniyetmə xəstəxanaya yerləşdirilib. Faktla əlaqədar Qaradağ Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Zülfiyyə Telmanqızı