• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1284
— 30.05.2017 13:43

“Porsche” 58 yaşlı kişini vurdu

KepezTV Player

Paytaxtın Yasamal rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Azərbaycan prospektində “Porsche” markalı avtomobil yolu keçmək istəyən 58 yaşlı Əli Ələkbərovu vurub. Ağır xəsarətlər alan piyada təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Tibbi yardımdan sonra palataya yerləşdirilib. Hadisəni törədən sürücü saxlanılaraq ifadəsi alınıb. Faktla əlaqədar araşdırma aparılır.

Zülfiyyə Telmanqızı