• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1269
— 30.05.2017 12:39

Gəncədə “Bərabərliyimiz haqqımızdır” adlı dəyirmi masa keçirilib

KepezTV Player

Demokratiya və Qadın Təşəbbüsləri İB və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Gəncədə “Bərabərliyimiz haqqımızdır” adlı dəyirmi masa keçirilib. Layihə çərçivəsində Azərbaycanda gender bərabərliyinin həm praktikada, həm də hüquqda reallığa çevrilməsi istiqamətində aparılan işlərdən söz açılıb. Qeyd olunub ki, bu gün ölkənin dövlət idarələrində rəhbər vəzifələrin 22%-ni qadınlar təşkil etdiyi halda, özəl sektorda bu rəqəm 6-7% arasında dəyişir. Görüşdə gender bərabərliyinə nail olmaq və işləyən qadınların sayını artırmaq üçün Azərbaycanın Avropa Birliyi və digər beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə də nəzər salınıb. Dəyirmi masada qadınların siyasi idarəetmədə iştirakı haqqında rəyinin öyrənilməsi üçün sorğu da keçirilib.

Xaliq Qurbanlı