• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2082
— 30.05.2017 10:28

Bu smartfonun batareyası iki sutka bəs edir

Mi 6 flaqmanının ardınca Xiaomi, daha bir smartfon təqdim edib. Pekində keçirilən konfransda bəyanat yayılıb ki, yeni Mi Max 2 modeli nəhəng 5300 mAs həcmli akkumlyatora yiyələnib. Bu da imkan verir ki, smartfon iki gün dayanmadan işləsin. Məsələn, belə bir həcm 18 saat ara vermədən video çəkmək və ya 57 saat zəng etmək gücündədir. Mi Max 2 tamamilə metal korpus, 6,44 düymlük ekran, 4 qiqabayt operativ yaddaş, 64 ya da 128 Qb fleş-daşıyıcı, arxa qapaqda barmaq izlərini tanıyan skaner, 12 Mp əsas və 5 Mp qarşı kamera ilə komplektləşdirilir. Smartfon 2 GHz takt tezliyi olan 8 nüvəli Qualcomm Snapdragon 625 prosessoru ilə işləyir. Tək əllə rahat idarə etmək üçün smartfona “tək əlli rejim” funksiyası quraşdırıblar. Mi Max 2 iyunun 1-dən satışa çıxır. 64 Qb-lığı 250 dollara, 128 Qb-lığı isə 299 dollara almaq olar. Xiaominin yeni mobil cihazının beynəlxalq bazara çıxıb-çıxmayacağı bilinmir.

Cavanşir Məmmədzadə