• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1433
— 30.05.2017 10:27

İstənilən avtomobili tanıyan proqram peyda oldu

Mobil proqramlar və İT texnologiya işləyib hazırlayan Blippar şirkəti avtomobillər üçün Shazam ərsəyə gətirib. Bu tətbiq sayəsində müxtəlif obyektləri tanımaq və onların xarakteristikasını bilmək mümkündür. Blipparın proqramı daha öncə ancaq rəngləri, heyvanları, qida və üzləri ayırırdı, indi isə o, 2000-ci ildən bəri ABŞ-da buraxılan bütün avtomobilləri tanıyır. Proqram maşının texniki göstəriciləri, ili, sahibinin təhlilləri, həmçinin təxmini qiyməti haqqında informasiya vermək qabiliyyətindədir. Bundan başqa o, salonda virtual tur da təşkil edir. Proqram nəinki parkinq edilmiş avtomobilləri “görür”, hətta sürəti 15 km/saatı aşmayan maşınlar barəsində də məlumat verir.

Cavanşir Məmmədzadə