• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1878
— 30.05.2017 10:26

Ford Expedition öz rekordunu qırıb

Bəzi avtomobillərin qatar və təyyarə çəkib apardığı bir vaxtda Ford sadəcə öz göstəricilərini yaxşılaşdırıb. Bununla yanaşı, Expedition modelini, qoşqu ilə tez-tez əlləşənlər üçün unikal funksiya ilə təchiz ediblər. Yeni Ford Expedition-ın bir çox göstəriciləri hələ də sirr saxlanılır. Yolsuzluq maşını özü 4200 kq-dan artıq qoşqunu dartıb aparmaq gücünə malikdir. Bu, iki ədəd Ford F-150 pikapının çəkisinə bərabərdir. Maşında sürücüyə dəstək üçün Pro Trailer Backup Assist-i də peyda olub. Bu sistem yarıavtomat şəkildə ona qoşulan qurğunun parkinqini yerinə yetirir.

Cavanşir Məmmədzadə