• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2055
— 29.05.2017 22:51

Qazaxda iki avtomobil toqquşub, yaralananlar var

KepezTV Player

Qazax rayonunda iki avtomobilin toqquşması xəsarətlə nəticələnib. Rayonun Böyük Cəfərli kənd sakini Fazil Almazovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə qarşıdan gələn digər "VAZ" markalı avtomobil toqquşub. Qəza zamanı Fazil Almazov və digər “VAZ”da olan sərnişin müxtəlif bədən xəsarətləri alıblar. Hər iki yaralı xəstəxanaya aparılıb və onlara tibbi yardım göstərilib. Vəziyyətləri orta-ağırdır. Fazil Almazov Böyük Cəfərli kənd orta məktəbinin direktorudur, ilkin məlumata görə, qəzaya səbəb onun sərxoş halda avtomobili idarə etməsidir. Faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu