KepezTV Player
Mingəçevirdə evində ölü tapılan qadının oğlu tərəfindən qətlə yetirildiyi məlum olub. Daxili İşlər Nazirliyinin məlumatına görə, Mingəçevir şəhər sakini 50 yaşlı Kəmalə Məhərrəmovanın döş nahiyəsinə tüfəngdən açılan atəşlə öldürüldüyü müəyyən edilib. Araşdırmalarla məlum olub ki, qadının canına oğlu, 23 yaşlı Nail Məhərrəmov qıyıb. Nail mərhumun ortancıl oğludur və əvvəllər məhkumluq həyatı yaşayıb. Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda cinayət işi açılıb. Hazırda hüquq-mühafiə orqanlarının əməkdaşları onun tutularaq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparırlar.
Zülfiyyə Telmanqızı
- Baxış: 435