• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3123
— 29.05.2017 13:49

Ağacın qırılması Gəncədə nəqliyyatın hərəkətini iflic etdi

KepezTV Player

Müşahidə edilən hava şəraiti Gəncədə ağacın böyük budağının qırılaraq yolu bağlamasına səbəb olub. Hadisə bu gecə saat 4 radələrində Şota Rustavelli küçəsində baş verib. Yol kənarındakı tut ağacının yolu bağlaması bir müddət nəqliyyat vasitələrinin və piyadaların hərəkətində çətinlik yaradıb. Hadisə yerinə gələn şəhər yaşıllaşdırma təsərrüfatının işçiləri aşan budağı doğrayaraq yolun açılmasını təmin ediblər. 

Rəfayıl Məmmədov- sakin: “Səhərə yaxın külək oldu ağac aşdı. Yol da bağlıdı, marşrutlar da o biri yolla işləyir”.

Elnur Vahidoğu