• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1675
— 29.05.2017 12:26

Hərəkətdə olan avtomobil qəfil alışdı

KepezTV Player

Kürdəmirdə avtomobil yanıb. Hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun 57-ci kilometrliyində qeydə alınıb. Kürdəmir rayon sakini 52 yaşlı İnqilab Həsənovun idarə etdiyi “QAZ-3110” markalı minik maşını hərəkətdə olarkən qəflətən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Alov qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb. Fakt araşdırılır.

 

Zülfiyyə Telmanqızı