• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 685
— 29.05.2017 12:03

“Beşiktaş” çempion oldu

Türkiyə Super Liqasında XXXIII turun oyunları keçirilir. Tur çempionun məlum olması ilə əlamətdar olub. “Beşiktaş”la çempionluq uğrunda mübarizəni davam etdirən “Başakşəhər” aşağı liqaya düşməsi dəqiqləşən “Adanaspor”u məğlub etsə də, bu oyunun nəticəsindən asılı olmayaraq “qara qartallar” sona bir tur qalmış çempionluğunu rəsmiləşdirə bilib. Qızıl medallar yolunda son sınaqda “Beşiktaş” səfərdə “Qaziantepspor” darmadağın edib. Qonaqlar 4 cavabsız qolla qələbə qazanıblar. İlk yarıda Rayan Babel və Oğuzhan Özyaqup fərqlənib, fasilədən sonra Anderson Taliska dubl edib.

 

28 may

“Bursaspor” – “Gənclərbirliyi” - 1:2

Qollar: Xorkera, 16 - Rantie, 72, İssah, 90+4
 

“Karabükspor” – “Kayserispor” - 2:2

Qollar: Deliktaş, 47, Yatabre, 86 - Umut Bulut, 12, Deniz Turuc, 49
 

“Osmanlıspor” – “Rizəspor” - 1:2

Qollar: Maher, 7 - Petruççi, 42, Kveuke, 52
 

“Qaziantepspor” – “Beşiktaş” - 0:4

Qollar: Babel, 6, Oğuzhan, 39, Talişka, 66, 76

 

29 may

“Alanyaspor” – “Qalatasaray”

 

Azad Rəfi