• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1174
— 29.05.2017 12:34

Kişi voleybolçularımız İslandiyanı məğlub etdi

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2018-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində sonuncu oyununu keçirib. Əvvəlki 4 matçın hamısında 3:0 hesablı məğlub olan Fərid Cəlalovun yetirmələri İslandiya voleybolçuları ilə qarşılaşıblar.

Görüş millimizin 3:0 (25:16, 25:17, 25:20) hesablı qələbəsi ilə başa çatıb. Hər üç setdə rəqibindən aşkar üstün olan yığmamızın heyətində ən çox xal toplayan oyunçu Rəsul İbrahimov olub. Voleybolçumuz 10 xal yığıb.  

Azad Rəfi