BMW rəsmi şəkildə 8 seriyalı yeni konseptual flaqman kupeni göstərib. İctimai debüt Concorso d’Eleganza Villa d’Este zəriflik müsabiqəsində baş tutub. BMW rəhbərliyi sərgiyə yeni konsept-kardan başqa heç bir texniki məlumat gətirməyiblər. Bilinən odur ki, prototip üçün unikal kuzov hazırlanıb, adını da Barcelona Grey Liquid qoyublar. Konsept-kar 21 düymlük təkər diskləri, karbonlu kuzov elementləri, diffuzor, həmçinin lazer faralar əldə edib. 8 seriyalı BMW-nin interyerində karbon çərçivəli dəri oturacaqlar və Swarovskidən hazırlanmış iDrive multimedia sisteminin coystiki diqqəti cəlb edir. Bunlarla yanaşı, maşın tamamilə rəqəmsal panel, sensor düymələr, o cümlədən elektron idarəetmə rejimini seçən düymə ilə təmin olunub. BMW rəsmiləri bəyan ediblər ki, istehsala hazır modifikasiya gələn il nümayiş olunacaq.
Cavanşir Məmmədzadə
- Baxış: 300