• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1095
— 29.05.2017 10:02

Spark: ən kiçik selfi-dron

Çin şirkəti DJI Nyu-Yorkda keçirilən təqdimatda superportativ pilotsuz Spark aparatını göstərib. İstehsalçılarda artıq ciblik Mavic Pro uçan pilotsuz aparatı var. Ancaq yenilik daha kiçikdir və 150 dollar daha ucuzdur: $499. O qədər də yüksək olmayan dəyəri sayəsində Sparkın, DJI-ın ən populyar qurğusu adını qazanmaq şansı var. Məsələn, Phantom 4 Advanced dronu kontrollerlə birgə $1649-a satılır. Spark ovucun içindən uça və ya ovucun içinə enə bilir. İdarəetmə isə jestlərlə və selfi rejimi ilə yerinə yetirilir: istifadəçi gülümsəməyə başlayanda və əllərini aşağı salanda dron görüntünü qeydə alır. Aparat microUSB-portundan enerji yığır, batareyalar isə 16 dəqiqə uçmağa imkan verir.

 

Cavanşir Məmmədzadə