Gəncə-Qazax magistralının Göygöl rayonunun Quşqara kəndi ərazisindən keçən hissəsində qəza baş verib. Hadisə nəticəsində “Ford” markalı avtomobillə, “Kamaz” toqquşub. Hadisə şahidlərinin sözlərinə görə qəzaya səbəb “Fordun” sürücüsünün dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə, xüsusi ilə də “Ford”a ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Azad Rəfi
- Baxış: 409