• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2038
— 27.05.2017 12:16

Kriştianu Ronaldu yenə ən çox qazanandı

Portuqaliyalı Kriştianu Ronaldu 2017-cu ildə “Forbes” jurnalı tərəfindən tərtib olunan dünyanın ən yüksək gəlirləri olan futbolçularının siyahısında birinci yeri tutub. Madridin "Real" klubunun hücumçusu dördüncü ildir dalbadal siyahıda ilk pilləni heç kimə güzəştə getmir. Nəşrin qiymətləndirməsinə görə, 2016-ci il iyunun 1-dən 2017-ci il mayın 31-dək olan dövr ərzində futbolçu 93 milyon dollar qazanıb. Siyahıda ikinci yerdə "Barselonanın" və Argentina yığmasının üzvü Lionel Messi qərarlaşıb. Onun gəlirləri son ildə 80 milyon dollar təşkil edib.

 

Orxan Cəfərzadə