• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 976
— 27.05.2017 11:53

Dövlət Baytarlıq Nəzarəti Xidməti arıçılıq təsərrüfatlarının sahibləri ilə görüşlər keçirib

KepezTV Player

Kənd təsərrüfatı riskli bir sahədir. Bu riski xüsusilə hava şəraiti yaradır. Nə qədər gəlirli də olsa, arıçılıq sahəsi də bu riskdən kənarda qalmır. Bu il qış mövsümündə şaxtalar, yazda havaların yağıntılı keçməsi arılar arasında müxtəlif xəstəliklərin yayılmasına səbəb olub.

Respublika ərazisində, xüsusilə Zaqatalada bu il qış mövsümündə arı ailələrində kütləvi tələfat qeydə alındı. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti məsələ ilə bağlı həmin bölgədə olan, eləcə də respublikanın ayrı-ayrı arıçılıq təsərrüfatlarının sahibləri ilə görüşlər keçirib. Baytar-həkimlər və Baytarlıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən təsərrüfatçılara məsləhətlər verilib.

Yolçu Xanvəli- Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi: “Qışda Zaqatalada arılar arasında baş verən kütləvi tələfatla bağlı araşdırmalar aparıldı. Və bəlli oldu ki, həmin arıların bir qismi gənə xəstəliyindən tələf olub. Bir qismi isə qışın soyuğuna tab gətirməyib tələf olublar. Yəni elə bir ciddi yoluxucu xəstəlik qeydə alınmayıb”.

Baytar mütəxəssislərin apardığı yoxlamalara görə, arılar arasında hazırda heç bir xəstəliyə rast gəlinmir.

Yolçu Xanvəli- Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi: “Qışda Zaqatalada arılar arasında baş verən kütləvi tələfatla bağlı araşdırmalar aparıldı. Və bəlli oldu ki, həmin arıların bir qismi gənə xəstəliyindən tələf olub. Bir qismi isə qışın soyuğuna tab gətirməyib tələf olublar. Yəni elə bir ciddi yoluxucu xəstəlik qeydə alınmayıb”.

Elə xəstəliklər var ki, 5 illik arı koloniyasını zəiflədir, eləsi də var ki, onu tamamilə məhv edir. Belə halla üzləşməmək üçün isə vaxtında profilaktik tədbirlər görülməlidir.

Elnur Əhmədov- Arıçılıq Mərkəzinin Damazlıq işinin təşkili laboratoriyasının müdiri: “Arılarda invazion, infeksion və göbələk xəstəlikləri olur. Bunlardan da ən çox invazion və infeksion xəstəliklərdir. Bunlar da adətən payızda arı bal süzümündən sonra qışa doğru gedəndə baş verir. Bir də adətən yazda. Vaxtlı-vaxtında dərmanlama işləri aparılmalı, vitamin verilməlidir. Bütün qaydalara əməl etsələr, pətəyi açanda səliqəli işləsələr, əl ayağı dezinfeksiya etsələr hər şey yaxşı olar”.

Mütəxəssislər bildirirlər ki, işçi arılar qida toplamağa başladığı andan 3 və ya 4 həftə yaşayırlar. Yuvadan ayrılmadan öncə orada keçirdikləri vaxtı də nəzərə alsaq, 5-6 həftəlik ömürləri olur. Bəzi təsərrüfatçılar arıların qısa ömrünü xəstəlik kimi qələmə verirlər.

 

Jalə Qurbanova