• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1428
— 27.05.2017 10:03

Audinin qazla işləyən üçüncü modeli peyda oldu

Yay aylarında Audi avtoistehsalçıları yeni modifikasiyalı A5 Sportback heçbekinin satışına başlayacaqlar. Onun motoru həm benzin, həm də təbii qazla işləyir. Yenilik alman brendinin iki yanacaq növü işləyən üçüncü modeli hesab olunur. Digər analoqlar A3 Sportback və A4 Avantdır. Eksklüziv variant Audi A5 Sportback G-Tron hər il Avstriyada keçirilən Worthersee festivalında debüt edib. Maşını 2 litrlik 170 at güclü motorla təchiz ediblər. Mühərrik 7 pilləli robotlaşdırılmış S tronic sürət qutusu ilə vəhdət təşkil edir. Ancaq şirkət rəsmiləri bəyan ediblər ki, transmissiyaya mexaniki sürət qutusu da daxil olacaq. Yeni avtomobil yerindən 100 km/saat sürəti 8,5 saniyəyə yığır, maksimal sürət saatda 226 kilometrə çatır. Qaz rejimində model 500 kilometrədək yol gedə bilir. Qaz 0,6 kiloqramdan az olduqda elektronik sistem avtomatik olaraq benzin yanacağına keçir, bu isə maşına daha 450 km məsafə qət etməyə imkan verir. Belə vəziyyətdə Audi A5 Sportback G-Tron-un ümumi gediş ehtiyatı 950 km-ə bərabər olur. Worthersee festivalında təqdim olunan yeganə avtomobil qara-göy qarışıq kuzova, baş optikadakı işləmələrinə və əyləc mexanizmləri supportlarının mavi rənginə görə seçilir.


Cavanşir Məmmədzadə