G-Power mütəxəssisləri BMW M3-ü gücləndiriblər. E92 modelinin bazasında ərsəyə gələn maşın GT2 S Hurricane adını alıb. Onun ən önəmli özəlliyi genişlənmiş modifikasiyalı V8 mühərrikidir. Bunun sayəsində həcm 4 litrdən 4,5 litrə çatdırılıb, güc isə 420-dən 720-ə qaldırılıb. Nəticədə avtomobil 0-dan 200 km/saatadək sürəti 9,8 saniyəyə yerinə yetirir, ən yüksək sürət isə 330 km/saatdır. Bununla yanaşı “beemve” karbon lifdən kuzov, 19 düymlük disklər və iri arxa qanadla öyünə bilər. Asma və əyləc sistemi optimallaşdırılıb, salonda yeni bölmə yaradılıb, təhlükəsizlik çərçivəsi və idman oturacaqlar quraşdırılıb.
Cavanşir Məmmədzadə
- Baxış: 370