• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3146
— 27.05.2017 03:19

Gədəbəydə yeznə qaynını baltalayıb

KepezTV Player

Gədəbəy rayon sakininə qohumu balta ilə xəsarət yetirib. Rayonun Söyüdlü kənd sakini 42 yaşlı Natiq Pirverdiyev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Yaralının müayinəsi zamanı onun baş nahiyyəsində iki çapılmış yara aşkarlanıb. Natiq Pirverdiyevə  tibbi yardım göstərilib və şöbədə palataya yerləşdirilib. Natiq Pirverdiyevin sözlərinə görə bacısının həyat yoldaşı 43 yaşlı Elman onun yaşadığı evə ata mülkünə gələrək buranın ona məxsus olduğunu və münaqişə zamanı onun başına balta ilə xəsarət yetirib.  Faktla bağlı araşdırma aparılır.

Natiq Pirverdiyev - zərərçəkən: “Qızım məni çağırdı, mən qızımın yanına gəldim. Bir də gördüm ki, balta ilə məni vurdu. Sonra özümü itirdim. Təcili tibbi yardım çağırdılar, taksi ilə gətirdilər. Məni Elman yeznəm vurub. O, boşanıb ayrıdır. Vurdu ki, sən burdan çıxmalısan mən yaşıyacam. Çıxdı çölə bacım dedi hara qaçırsan qorxma”.

Zabit Vəliyev - həkim: Aparılan müayinələrədn sonra yaralaradn birinin dərin olduğu, başın alın təpə nahiyyəsində sümük toxumasının zədələnməsi aşkarlanıb. Xəstə hazırda şöbəmizdədir, müalicə və müayinələri davam etdirilir”.  

Elnur Vahidoğlu