• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1625
— 26.05.2017 15:57

Millimiz ikinci oyunda da meydanı başıaşağı tərk etdi

Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində 2-ci oyununu keçirib. Rəqib Almaniya yığması olub. Fransanın Lion şəhərində təşkil olunan A qrupunun oyunu Bundestimin 3:0-lıq qələbəsi ilə yekunlaşıb. Beləliklə, Fərid Cəlalovun baş məşqçi olduğu komanda ardıcıl ikinci məğlubiyyətə üzülüb. Komandamız ilk turda Türkiyəyə uduzmuşdu. Növbəti tur seçməmiz Ukraynaya qarşı oynayacaq.

 

25 may

Almaniya - Azərbaycan - 3:0 (29:27, 25:18, 25:18)

Lion, İdman Sarayı

 

N

Ölkə

O

Q

M

S

T

X

1

Almaniya

2

2

0

6-0

154-118

6

2

Fransa

1

1

0

3-0

75-30

3

3

Türkiyə

1

1

0

3-0

75-55

3

4

Azərbaycan

2

0

2

0-6

118-154

0

5

Ukrayna

1

0

1

0-3

55-75

0

6

İslandiya

1

0

1

0-3

30-75

0

 

 

Orxan Cəfərzadə