• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1309
— 26.05.2017 15:56

Legionerlər də "Kəpəz"ə lazım olmadı

Komanda 3 futbolçu ilə yollarını ayırıb.  Kamerunlu hücumçu Julien Ebah, portuqaliyalı yarımmüdafiəçi Serjio Kosta və litvalı qolkiper Tadas Simaitis ilə yeni müqavilə bağlanılmayıb. 

Müqaviləsi başa çatan və digər klublardan daha sərfəli təkliflər alan Dario Frederikonun “Kəpəz”dən gedişi məsələsi hələ öncədən məlum idi.

“Kəpəz” rəhbərliyi bu futbolçulara komandadakı xidmətlərinə görə minnətdarlığını bildirir, gələcək karyeralarında uğurlar arzulayır. Renan Alveslə isə yeni anlaşma əldə etmək üçün braziliyalının agenti ilə danışıqlar davam edir. 

Orxan Cəfərzadə