• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1128
— 26.05.2017 15:55

Goranboyda əhalini dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə yarımstansiyaların yenilənməsi həyata keçirilir

KepezTV Player

Goranboyda əhalini dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə sovet dönəmindən qalan yarımstansiyaların yenilənməsi həyata keçirilir. “Azərışıq” ASC-nin sifarişi əsasında ötən ildən inşasına başlanılan 110/35/10 kilovoltluq Dəliməmmədli yarımstansiyasında da son tamamlama işləri aparılır.

Dəliməmmədli şəhəri və 12 kəndin elektrik təsərrüfatının yenilənməsi layihəsindən təxminən 10 min abonent faydalanacaq. İşlər Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə görülür. Hazırda Dəliməmmədli yarımstansiyasının inzibati binasında və transformator məntəqələrində son tamamlama və sınaq işləri aparılır. Mərkəzləşdirilmiş qaydada idarə olunacaq şəbəkədə 110 kilovoltluq paylayıcı qurğular açıq havada, 35/10 kilovoltluq qurğular isə qapalı şəraitdə qurulub.

Hazırda layihəyə uyğun olaraq inşası davam etdirilən Dəliməmmədli elektrik şəbəkəsində işlər tam yekunlaşdıqdan sonra, 1970-ci ildən istismarda olan köhnə şəbəkə tamamilə ləğv ediləcəkdir. Bu da əhalini dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etməyə imkan verəcəkdir.

Eldəniz Abbasov- iş icraçısı: “Layihə Dəliməmmədli şəhərini və ətraf kəndləri elektrik təchizatını yenilənmək və bu sahədə dayanıqlığı artırmaq üçün nəzərdə tutulub. Layihə çərçivəsində kəndlərə gedən bütün hava xətləri yenilənərək sip kabellərlə əvəz edilib. Şəbəkədə həm də çox sayda çıxış yuvaları vardır ki, bu da gələcəkdə ərazidə yeni yaşayış massivi salınarsa, obyektlər tikilərsə oraların elektrik təminatı həyata keçiriləcəkdir”.

Layihənin əhatə etdiyi yaşayış məntəqələrində köhnəlmiş elektrik dirəkləri, naqillər, transformatorlar yeniləri ilə əvəzlənir, kompleks transformator məntəqələri quraşdırılır.

Xaliq Qurbanlı