• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1323
— 26.05.2017 15:46

Samuxda 28 may Respublika Günü qeyd edilib

KepezTV Player

Samux rayonunda 28 may Respublika Günü qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Çıxış edənlər Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini önə çəkiblər. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, cümhuriyyət dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Cümhuriyyət xalqımızın siyasi şüur səviyyəsinin, mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi olub. Tədbirdə Azərbaycan Demokratik Respublikasının fəaliyyət dövrünə aid məruzələr səsləndirilib. Rəsmi hissədən respublika gününə həsr olunan "İstiqlal tariximiz" adlı geniş konsert proqramı təşkil olunub.

Natiq Hüseyn