• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1678
— 26.05.2017 13:51

24 min manatlıq saxta pulu satmaq istəyərkən saxlanıldı

KepezTV Player

Cəlilabad polisi ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbiri keçirib. 24 min manatlıq saxta pulu satmaq istəyən şəxs saxlanılıb.

Cəlilabad Rayon Polis Şöbəsinə Şıxlar kənd sakini Səfa Qaraşovun saxta pul əsginazlarının satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qaraşov 240 ədəd saxta 100 manatlıq əsginazı satmaq istəyən zaman cinayət başındaca saxlanılıb. Onun üzərindən və yaşadığı mənzildən qeyd edilən miqdarda saxta pul əsginazları və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Ekspert rəyi ilə müəyyən edilib ki, həmin saxta əsginazlar həqiqi pul vəsaitlərindən çətinliklə seçilir. İlkin ifadəsində Səfa Qaraşov əldə etdiyi saxta pulları satmaq niyyəti ilə aldığını etiraf edib.

Faktla bağlı Cəlilabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 

Zülfiyyə Telmanqızı