• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1372
— 26.05.2017 13:48

Keçmiş məhkumu güllələyən həmyerlisi saxlanıldı

KepezTV Player

Bir neçə gün öncə paytaxtda silahlı insident törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Mayın 23-də Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tərlan Dadaşov boyun nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib. Hadisə barədə məlumat daxil olan kimi Sabunçu Rayon Polis İdarəsi və 14-cü Polis Bölməsinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Bilgəh qəsəbə sakini Ramid Rəhimov tutulub. Ondan hadisə törədilərkən istifadə edilən kustar üsulla hazırlanmış, qundağı və lüləsi kəsilmiş tüfəng, 14 ədəd patron və 1 giliz götürülüb.

Zülfiyyə Telmanqızı