• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1841
— 26.05.2017 10:22

BMW M4-ün yarış versiyası göstərildi

GT4 tərəfindən sifariş edilən BMW M4-ün yarış xarakterli versiyası müəyyən qədər də olsa nümayiş etdirilib. İki qapılı maşının “24 saat Nürburqrinq” yarışında debüt edəcəyi gözlənilir. Burada M4 GT4 ilə yanaşı, BMW M6 GT3 və M235i Racing də iştirak edəcək. BMW M4 GT4-ü modelin hazırlanmasında əməyi olan Dirk Adorf, yarış sürücüsü Yorq Veydinqer və britaniyalı jurnalist Cetro Bovinqton idarə edəcək. Yeni BMW M4 431 at güclü turbomotorla hərəkətə gələcək və M3 GT4 modelini əvəzləyəcək.

Cavanşir Məmmədzadə