Respublikanın daxili işlər orqanları narkotik maddələrin qanunsuz dövriyyəsi, alqı-satqısına qarşı mübarizə sahəsində növbəti uğurlu əməliyyat keçirib. Külli miqdarda heroin dövriyyədən çıxarılıb.
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Bakının Nərimanov rayonu ərazisində əməliyyat tədbiri həyata keçiriblər. Nəticədə 1 kiloqramdan artıq narkotik vasitə olan heroin qanunsuz dövriyyədən çıxarılıb. Külli miqdarda narkotik vasitəni üzərində gəzdirən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Bəşir Məhərrəmov isə şübhəli şəxs qismində saxlanılaraq idarəyə gətirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 412