Əsasən kartof əkininin həyata keçirildiyi Gədəbəydə son illər ənənəvi əkinlə yanaşı digər bitkilərin də becərilməsinə maraq artıb. Bu il rayonda 14 min hektar ərazidə əkin aparılması planlaşdırılır ki, bunun da 12 min hektarında kartof, 2 min hektarında isə buğda, arpa, qarğıdalı və müxtəlif tərəvəzlərin əkini həyata keçiriləcək. Becərilən məhsulun növünün çoxalması öz növbəsində əkin sahələrini də genişləndirib. Ötən il rayonda 971 hektar ərazidə buğda səpini aparılsa da, bu il 300 hektar artırılaraq 1400 hektara çatdırılıb. Mütəxəssislərin fikrincə havaların əlverişli keçməsi də məhsulun bol olacağından xəbər verir. 2016-cı ildə rayonda hər hektardan 90 sentner kartof yığılırdırsa bu il hər hektardan 95 sentner kartof yığımı nəzərdə tutulur. Ötən aparılan əkin üçün dövlət tərəfindən məhsul istehsalçılarına 140 min manatdan çox subsidiya verilib.
Asəf Nağıyev- Gədəbəy Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi: “Əkin sahələrinə görə verilən subsidiyalardan, aqrolizinq xidmətlərindən, güzəştli şərtlərlə verilən gübrələrdən istifadə edərək ildən ilə məhsuldarlıq artırılır. Bu il də qabaqkı illərə baxanda, xeyli miqdarda əkin sahələrimiz genişləndirilib. Bu da dövlətin kənd əməkçilərinə göstərdiyi diqqət və qayğının nəticəsində başa gəlir”.
Elton Cabbarlı
- Baxış: 816