• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1007
— 25.05.2017 12:30

UEFA Avropa liqasında 2016/2017 mövsümünə yekun vurulub

Qitənin ikinci dərəcəli klub turnirində final görüşü keçirilib. Stokholmdakı həlledici qarşılaşmada “Ayaks” və “Mançester Yunayted” üz-üzə gəlib. Görüş Joze Mourinyonun komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

18-ci dəqiqədə Pol Poqba hesabı açıb. Fransız oyunçunun zərbəsi müdafiəçiyə dəyərək qolkiperi yanıldıb və tora düşüb. Fasiləyə mançesterlilər 1:0 üstün yollanıb. İkinci yarının əvvəlində ingilislər daha bir dəfə niderlandlıların qapısına düşə biliblər. 48-ci dəqiqədə bu dəfə Henrik Mxitaryan adını tabloya yazdırıb.

Beləliklə, tarixi ərzində ilk dəfə Avroliqada final həyəcanı yaşayan “qırmızı şeytanlar” kubokun sahibi olub.  "Mançester Yunayted" bu çempionluq sayəsində növbəti mövsüm Çempionlar liqasında oynamaq hüququ qazanıb.
 

Avropa Liqası

Final

24 may


“Ayaks” (Hollandiya) – “Mançester Yunayted” (İngiltərə) - 0:2

Qollar: Poqba, 18, Mxitaryan, 48

Baş hakim: Damir Skomina

Stokholm. “Frends Park” stadionu

 

Orxan Cəfərzadə