• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1653
— 25.05.2017 10:02

Porsche 911-in bütün nəsil modelləri göstərildi

Porsche şirkəti 991-in ilk modelindən sonuncuyadək bütün avtomobillərini statistik məlumatlarla göstərib. Bununla markanın sonuncu – milyonuncu sportkarı nümayiş olunub. Videoçarxda məsələn, 1964-cü ildən 1973-cü ilədək 111 995 tirajla istehsal olunan orijinal modelləri görmək olar. 1000 000 rəqəminə 911, 1998-2005-ci illər arasında buraxılan 996 modeli ilə gəlib çatıb. Bu nəsil avtomobilin son ilində onların sayı 618 396 ədəd təşkil edib. Porsche 911-in milyona çatdığı 991 2011-ci ildən konveyerdən çıxır. 2015-ci ildə isə bu maşın qlobal şəkildə yenilənib. Xatırlatmaq yerinə düşər ki, milyonuncu “Porşe” 911 bu yaxınlarda sərgilənib. O, eksklüziv şəkildə hazırlanıb təqdim edilib.

 

Cavanşir Məmmədzadə