• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1433
— 25.05.2017 10:03

Morgan sportkarı təyyarə ilə yarışa çıxdı

Son zamanlar təyyarə ilə avtomobilləri daha çox müqayisə etməyə başlayıblar və bu, həmişə möhtəşəm alınır. Böyük Britaniyanın sportkar istehsal edən Morgan firması qeyri-adi müqayisə xarakterli yarış təşkil edib. Mübarizədə rodster Aero 8 və Pitts 2S2 biplan təyyarəsi iştirak edib. Çəkilişlər Lesterşirdə yerləşən Brantinqtorp aerodromunda baş tutub. Təyyarəni idarə etmək tanınmış pilot Riçard Qudvinə tapşırılıb. 8,5 litrlik 6 silindrli 300-dən çox at gücü olan Pitts 2S2 biplanı havada 320 km/saatdan artıq sürət yığır. Morgan Aero 8 rodsteri isə 4,8 litrlik BMW motoruna sahibdir ki, onun da at gücü 367-ə bərabərdir. Peşəkar sürücü Con Uells tərəfindən idarə olunan maşın yerindən 100 km/saatı 4.5 saniyəyə yerinə yetirib, saatda 274 kilometr isə maksimal sürətdir. Bu qeyri-adi duelə baxıb həzz almağınızı təklif edir

 

Cavanşir Məmmədzadə