• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1160
— 24.05.2017 17:01

Gədəbəydə regiondan olan gənc aşıqların müsabiqəsi keçirilib

KepezTV Player

2 ildir ardıcıl olaraq təşkil olunan müsabiqədə Gədəbəy və ətraf rayonlardan olan 51 saz-söz həvəskarı öz bacarığını nümayiş etdirib.

Ötən ildən başlayaraq Gədəbəy aşıq məktəbində regionda yaşayan və aşıqlıq sənətinə meyl salan gənc istedadların aşkar olunması məqsədi ilə müsabiqə təşkil olunur. Saza- sözə könül verən gənclər müsabiqədə iştirak etməklə, saz və sözün vəhdəti, oxu mədəniyyəti, səhnə davranışı, həmçinin dastan və duet ifaçılığı kimi vacib təcrübələr əldə edirlər.

Ulduz Sönməz- aşıq: “Bu cür gözəl, dəyərli sənətimizi özümüzə məxsus olan sənətimizi biz gənclərə aşılamalıyıq,  necə ki, biz əsrlər boyu  bu günə gəlib çıxan aşıqları səsləndiririk və onların sayəsində sazı- sözü sevirik, biz də çalışırıq ki, bu gənclərə öyrədək ki, bunlar da bu sənəti ötürsün gələcək nəsillərə. Bu əvəzolunmaz bir nemətdir allah bizə bəxş edib”.

Gədəbəy, Şəmkir, Tovuz və Qazax aşıqlarının qatıldığı müsabiqə onlara təcrübə qazandırmaqla yanaşı, həmçinin öz sənətlərini nümayiş etdirmək üçün də əlverişli imkan yaradır.

Kərəm Vəliyev- müsabiqənin qalibi: “Belə gözəl müsabiqənin keçirilməsi biz gənc aşıqlara dayaqdır. Biz də bu müsabiqədə iştirak etməklə öz məharətimizi göstərə bilirik. O gün olsun ki, belə gözəl müsabiqələr respublika səviyyəsində də təşkil olunsun, gənc aşıqlar da öz məharətlərini göstərə bilsin”.

Vüqar Qurbanov- müsabiqə iştirakçısı: “Keçirilən müsabiqədə 2-ci yeri tutdum. Mən bu aşıqlıq sənətinə çox heyranam, vurğunam. Ona görə də borcumuzdu bu sənəti işlətmək”.

Etibar Nadiroğlu- Gədəbəy Aşıqlar Məktəbinin direktoru: “Bu müsabiqənin qalibləri, bu müsabiqədə iştirak edən gənc aşıqlar bundan sonrakı müddətdə respublika turlarında, respublika yarışlarında iştirak edəcəklər. Artıq onlar üçün bu bir sınaq meydanıdır. Bu sınaq meydanı növbəti addımlar üçün bir təkandır”.

Aşıq sənətinin inkişaf etdirilməsi məqsədi ilə 2014- cü ildə dövlət tərəfindən respublikada ilk aşıq məktəbi Gədəbəydə inşa edilərək istifadəyə verilib.

Elton Cabbarlı