• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 982
— 24.05.2017 13:47

Silahlı insidentdə bir nəfər yaralanıb

Bakıda silahlı insident olub. Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tərlan Dadaşov boyun nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi Ramid Rəhimov tutulub. Ondan hadisə törədilərkən istifadə edilən kustar üsulla hazırlanmış, qundağı və lüləsi kəsilmiş tüfəng, 14 ədəd patron və 1 giliz götürülüb. Faktla əlaqədar cinayət işi başlanılıb.

Zülfiyyə Telmanqızı