• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1673
— 24.05.2017 13:40

Oğurluq və quldurluq edənlər yaxalandı

KepezTV Player

Xaçmazda quldurluq və soyğunçuluq edən şəxslər saxlanılıb. Əlbir olan şəxslər maskalanaraq özgənin əmlakını əldə etməyə cəhd göstəriblər. Xaçmaz polisinin daha bir əməliyyatı ilə soyğunçuluq edən şəxs də yaxalanıb.

Quldurluq hadisəsini rayon sakinləri Sadıqov Vüqar Cəlal oğlu və Cavadov Taleh Ramiz oğlu birlikdə törədiblər. Onlar maskalanmış şəkildə Xaçmaz rayon Hülövlü kənd sakini Qasımova Məsumə Məmməd qızının evinə girərək əmlakını ələ keçirməyəyə cəhd ediblər. Qadının boğazına dəmir parçasını dirəyərək ondan pul tələb edən şəxslər evdə pul olmadığına əmin olduqdan sonra Məsumə Qasımovaya məxsus telefonu götürərək hadisə yerindən uzaqlaşıblar. İstintaq Vüqar Sadıqov və Taleh Cavadovun birlikdə başqa cinayət əməlləri törətdiyini də müəyyənləşdirib.

Xaçmaz rayon Rəhimoba kənd sakini Şeydayev Nəsrulla Şakir oğlu isə soyğunçuluq etdiyinə görə saxlanılıb. O, 11 yaşlı Nicat Nurəhmədovun əlindən mobil telefonu alaraq qaçıb. Polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilən Nəsrulla Şeydayevin bundan əvvəl də oğurluq hadisələrində iştirak etdiyi üzə çıxıb.

Faktlarla bağlı araşdırma davam etdirilir.
Zülfiyyə Telmanqızı