• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1835
— 24.05.2017 13:39

Oğul 80 yaşlı anasını döyüb

KepezTV Player

Binəqədi rayonunda oğul anasını döyüb. Hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. 80 yaşlı Əsmər Yusifova çoxsaylı xəsarətlərlə xəstəxanaya gətirilib. Yaralıya tibbi yardım göstərilib. Daha sonra palataya yerləşdirilib. Hadisə barədə Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə məlumat verilib. Polis əməkdaşları xəstəxanaya gələrək zərərçəkənin ifadəsini alıblar. Əsmər Yusifova polis əməkdaşlarına aralarında yaranan mübahisə zamanı oğlu tərəfindən döyüldüyünü bildirib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.