• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1212
— 24.05.2017 13:01

Bentley Bentayga Şahin ovunda istifadə olunacaq

Bentley-nin zavod atelyesi Mulliner, Bentayga modelinin xüsusi versiyasını göstərib. Yenilik şahinlə ov etməyi sevənlər üçündür. Baqajda dəri materialından iki bölməli yer düzəldiblər, burada şahinlə ovda yarayacaq bütün inventarlar yerləşir. Avadanlıqlar siyahısına daxildir: quşun ayağına bağlanan GPS-işarə, binokl, qatlanan bıçaq, quşun gözlərini bağlamaq üçün kiçik papaq və ovçu üçün xüsusi əlcək. Digər bölmədə isə ov quş üçün lazımi yem tapmaq olar. Təchizat siyahısında Şahin quşunun oturması üçün qurğu da var ki, onu ya salonda, ya da baqajın kənarında quraşdırmaq mümkündür. Daha bir özəllik ön paneldə mozaikanın peyda olmasıdır. Təbii ağacdan hazırlanan bu mozaikada Şahin quşunun səhrada görüntüsü çəkilib. Bentley Bentayga Falconry-nin qiyməti bilinmir.

Cavanşir Məmmədzadə