• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1491
— 23.05.2017 19:02

Sərxoşun yandırdığı şamın "od"una düşdülər

KepezTV Player

 Sumqayıtda ötən gecə yanğın hadisəsi baş verib. Hadisə şəhərin 21-ci məhəlləsində iki qardaşın yaşadığı ev 15/46, mənzil 6-da qeydə alınıb. Birmərtəbəli 8 otaqdan ibarət yaşayış binasının ümumi sahəsi 125 kvadratmetr olan 4 otaqlı mənzilinin taxta konstruksiyalardan ibarət 3 otağı və içərisindəki əşyalar 100 kvadratmetr sahədə yanıb. Zərərçəkən Sədaqət Hüseynovanın sözlərinə görə, yanğın onun həmin həyətdə yaşayan keçmiş həyat yoldaşının səhlənkarlığı səbəbindən baş verib. Yanğın baş verən evdə yaşayan Zərifə Mədətova da güclü alovun cəngindən nə qızıl-zinət əşyalarını, nə də sənədlərini çıxara bilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Faktla bağlı araşdırma aparılır.