• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2273
— 23.05.2017 13:41

Azərbaycanda keçirilən daha bir mötəbər yarış sona çatıb

IV İslam Həmrəyliyi Oyunlarına yekun vurulub. Son gün mötəbər turnirin bağlanış mərasimi keçirilib.  İslamiadanın açılış mərasimində olduğu kimi, bağlanış mərasimi də Bakı Olimpiya Stadionunda təşkil edilib. Tədbirdə İslamiadada iştirak edən ölkələrin keçidi olub, bədii proqram nümayiş etdirilib.

Mərasimdə növbəti Oyunların 2021-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcəyi elan olunub.

İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı Türkiyənin gənclər və idman nazirinin müavini, "İstanbul-2021" İslam Həmrəyliyi Oyunlarının nümayəndəsi Kamuran Özdənə təqdim olunub.

Bağlanış mərasimi möhtəşəm atəşfəşanlıqla yekunlaşıb. 

 

Orxan Cəfərzadə