• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 957
— 23.05.2017 12:11

Su hovuzunda narkotik becərən şəxs saxlanılıb

KepezTV Player

Şirvanda çətənə kolları əkib-becərən şəxs saxlanılıb. Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat- axtarış tədbirləri nəticəsində, şəhər sakini 31 yaşlı Xəyal Eldar oğlu Vəliyevə məxsus həyətyanı sahədən 55 ədəd çətənə kolu aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, Xəyal Vəliyev narkotik tərkibli bitkini xüsusi qaydada qulluq etməklə fərdi yaşayış evinin həyətindəki su hovuzunun içərisində becərib. Şirvan şəhər sakini barəsində cinayət işi açılıb. Faktla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı